Qısa müddət ərzində öz inkişafı ilə bir çox ölkələri geridə qoymuş Azərbaycana öz növbəsində xarici ölkə vətəndaşlarının marağı artmaqdadır. Bu diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə turizm sektoru sürətlə inkişaf etməkdədir.

    İnkişaf edən bu yolda “Billur MS MMC” komandasının hədəfi - ölkəmiz haqqında qonaqlarda xoş fikir və məmnuniyyət hissinin aşılanmasında öz əvəzolunmaz töhvəsini verməkdən ibarətdir.

    Sağlam rəqabət və düzgünlük prinsipini əsas tutmuş “Billur MS MMC”, artıq 3 ildir ki, Azərbaycan Mehmanxana və Turizm sektoruna xidmət göstərməkdədir.

    Təqdim etdiyi məhsulların yüksək keyfiyyəti və peşəkar işçi qüvvəsinin səyi nəticəsində gigiyenik məhsulların satışı, avropa və digər dünya brendlərinin yerli bazarda təmsili ilə öz fəaliyyətini günü gündən genişləndirməkdə olan Billur MS şirkəti öz hədəfini etibarla doğrultmaqdadır.

    “İnsan fəaliyyətə başlamadan öncə qarşısına qoyduğu məqsədi dərindən düşünməli və bu amal uğrunda yorulmadan çalışmalıdır. Hər hansı bir sahə olursa olsun, inkişaf edərkən insan öz rifahını düşündüyü kimi, qarşı tərəfin də qayğısına qalmalıdır. Billur MS şirkəti bu prinsiplərlə çalışır, bunu düşünür və bu yolda yüksək əzmlə addımlayır. ”


G.Səhhət